
AZAL klubu daha 2 futbolçu ilə yolları ayırıb. Sportnet.az-ın məlumatına görə, Adil Nağıyev mövsümün sonuna qədər "Zirə”yə icarəyə verilib. Tomi Kostadinovla isə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.
Əvəzində "təyyarəçilər"in heyətinə yeni futbolçu qoşulub. Bu, yayda da düşərgədə olmuş Valeri Kutsenkodur. Ukraynalı yarımmüdafiəçi bü gün düşərgəyə qoşulub. Qeyd edək ki, 28 yaşlı legioner ölkəsinin U-17 və U-19 millilərində çıxış edib və üst-üstə 6 oyun keçirib. Peşəkar karyerasına "Dnepr”də başlayan Kutsenko vətənində "Obolon”, "Krivbass” və "Vorskla”nın da şərəfini qoruyub. Xavbek 2 dəfə Belarasda legioner həyatı da yaşayıb: əvvəlcə "Brest”, sonar isə "Minsk”in şərəfini qoruyub.
Qeyd edək ki, onun son klubu Latviya "Dauqava”sı olub.
Qeyd edək ki, onun son klubu Latviya "Dauqava”sı olub.





































































