UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları başa çatıb.
Sportnet.az-ın məlumatına görə, son 4 matçın üçündə meydan sahibləri, birində isə qonaqlar qələbə qazanıblar.
"Roma" İtaliyada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun qapısından 3 cavabsız qol keçirib.
İngiltərə təmsilçilərindən "Arsenal" Yunanıstanda "Olimpiakos"a 3:1, "Tottenhem" isə evdə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna 2:0 hesabı ilə qalib gəlib.
"Qranada" isə İspaniyada Norveç "Molde"si 2 cavabsız qolla üstələyib.
----------------------
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk 4 oyunundan yalnız birində meydan sahibləri qalib gəlib. "Ayaks" Niderlandda İsveçrə "Yanq Boyz"unu darmadağın edib - 3:0. "Qarabağ"la eyni qrupda mübarizə aparmış İspaniya "Vilyarreal"ı Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" üzərində inamlı qələbə qazanıb - 2:0.
"Mançester Yunayted" İngiltərədə İtaliya "Milan"ı üzərində qələbəni son dəqiqələrdə əldən verib - 1:1. Eyni hesablı nəticə Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə Şotlandiya "Reyncers"i arasındakı görüşdə qeydə alınıb.
Günün daha 4 görüşü Bakı vaxtı ilə saat 24:00-da başlanacaq. Cavab oyunları isə martın 18-də olacaq.
-----------------------
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, İngiltərə təmsilçilərindən "Arsenal"ı Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək. "Tottenhem" Londonda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını sınağa çəkəcək.
Günün maraqla gözlənilən matçında isə "Mançester Yunayted" İtaliya "Milan"ı ilə münasibətlərinə aydınlıq gətirəcək.
Ukrayna komandalarından Kiyev "Dinamo"su İspaniya "Vilyarreal"ını qəbul edəcəksə, Donetsk "Şaxtyor"u İtaliyada "Roma"nın qonağı olacaq.
11 mart
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21:55. "Slaviya" Praqa (Çexiya) - "Reyncers" (Şotlandiya) - 1:1
Qollar: Nikolae Stançu, 7 - Filip Helander, 36
21:55. "Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya) - 1:1
Qollar: Amad Diallo, 50 - Simon Kyaer, 90+2
21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Vilyarreal" (İspaniya) - 0:2
Qollar: Pau Torres, 30. Raul Albiol, 52
21:55. "Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə) - 3:0
Qollar: Devi Klaassen, 62. Duşan Tadiç, 82. Brayan Brobbi, 90+2
24:00. "Qranada" (İspaniya) - "Molde" (Norveç) - 2:0
Qollar: Xorxe Molina, 26, Roberto Soldado, 76
Qırmızı vərəqə: Martin Ellinqsen, 71 ("Molde")
24:00. "Tottenhem" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0
Qollar: Harri Keyn, 25; 70
24:00. "Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə) - 1:3
Qollar: Yusif El-Arabi, 58 - Martin Edeqor, 37, Qabriel, 80, Məhəmməd Elneni, 85
24:00. "Roma" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 3:0
Qollar: Lorentso Pelleqrini, 23, Stefan El-Şaaravi, 73, Canluka Mançini, 77
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 18-də olacaq.