AFFA-nın prezidenti Rövnəq Abdullayev "Dalğa Arena"da Azərbaycan milli komandasının heyəti ilə görüşüb.
Sportnet.az xəbər verir ki, təlim-məşq toplanışının Novruz bayramı günlərində keçirildiyini qeyd edən AFFA-nın prezidenti ilk növbədə komanda üzvlərini xalqımızın əziz bayramı münasibətilə təbrik edib.
R.Abdullayev dünya çempionatının seçmə mərhələsi ərəfəsində milliyə uğurlar arzulayıb.
Baş məşqçi Canni De Byazi toplanışın gedişi barədə qısa məlumat verib, xoş sözlərə görə AFFA prezidentinə komanda adından təşəkkür edib.