
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər bu gün müxtəlif ölkələrdən olan komandaların oyunlarını idarə edəcəklər. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Xaqani Məmmədovun yetirmələri 5 oyunda özlərini sınayacaqlar.
Azərbaycanlı hakimlərin idarə edəcəkləri oyun bunlardır:
14 yanvar
"Kukesi" (Albaniya) - "Quanaçjou" (Çin)
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Mübariz Haşımov
"Kayserispor" (Türkiyə) - "Gölcükspor" (Türkiyə)
Hakimlər: Ramil Əhmədov, Mehman Mahmudov, Akif Əmirəli
"Diyarbakırspor" (Türkiyə) - "İstanbulspor" (Türkiyə)
Hakimlər: Mahir Məmmədov, Elman Musayev, Kamran Bayramov
"Giresunspor" (Türkiyə) - "Şanlıurfaspor" (Türkiyə)
Hakimlər: Ziya Nəsirov, Vaqif Musayev, Nahid Əliyev
"Silivrispor" (Türkiyə) - "Tirespor" (Türkiyə)
Hakimlər: Xəlil Xəlilov, Yaşar Abbasov, Zeynal Zeynalov




































































