"Maraqlı və baxımlı oyun keçdi. Futbola aid hər şey var idi. Çoxlu qol imkanlarımız arandı. Baxmayaraq ki, heç-heçə oldu. Meydandakılar futbola aid hər şeyi göstərdi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın XXII turunda "Səbail"lə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis komandaya vaxt lazım olduğunu bildirib: "Vaxt lazımdır ki, hər şeyi tam otuzduraq. Bunun üzərində daha çox çalışmalıyıq ki, problemi aradan qaldıraq".