İsveçrənin Montrö şəhərindəki UEFA Konqresində Avropa Klublar Birliyini (ECA) qitə futbol qurumunda təmsil edəcək yeni nümayəndələr bəlli olub.
Sportnet.az-ın məlumatına görə, Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi, Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge və İspaniya La Liqasının prezidenti Xavyer Tebas ECA təmsilçiləri olaraq təsdiqləniblər. Əl-Xəlafi və Rummenigge 2024, Tebas isə 2025-ci ilədək sözügedən vəzifəni icra edəcəklər.
Qeyd edək ki, İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli Avropa Klublar Birliyinin prezidenti vəzifəsindən istefa verib.