Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi Avropa Klubları Assosiasiyasının (ECA) rəhbəri seçilib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ərəb iş adamı yeni vəzifədə vropa Super Liqası ilə bağlı istefa vermiş İtaliyanın “Yuventus" klubunun prezidenti Andrea Anyellini əvəzləyib.
Qeyd edək ki, 47 yaşlı Nasser Əl-Xəlafi PSJ-nin 2011-ci ildən rəhbəri olmaqla yanaşı, UEFA Direktorlar Şurasının üzvüdür. O, “beIN Media Group”un baş icraçı direktorudur.