
Azərbaycan I Divizionunda XIV turdan təxirə salınmış oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Sabah-2" "Keşlə-2"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qalib komandadan Camal Cəfərov 21-ci və 37-ci dəqiqələrdə fərqlənərək, dubl edib. Daha bir qolu 65-ci dəqiqədə Kamran Quliyev vurub. Qonaqların yeganə topunun müəllifi isə 43-cü dəqiqədə Emin Quliyev olub.
Bu qələbə sayəsində xalını 41-ə çatdıran "Sabah-2" 4-cü pillədə möhkəmlənib. "Keşlə-2" isə 24 xalla 7-cidir.