
Azərbaycanın "Neftçi” klubunun futbolçuları 20 yanvar şəhidlərinin xatirəsini Türkiyənin Antalya bölgəsində anacaq. Sportnet.az-ın məlumatına görə, anım tədbiri "ağ-qaralar"ın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində Çinin "Quyçjou Rehne" klubu ilə yoxlama oyununa təsadüf edəcək.
Sabah Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Bundan başqa "Neftçi"nin futbolçuları oyuna qara sarğı ilə çıxacaqlar.
Qeyd edək ki, bu, flaqmanın Antalya toplanışı çərçivəsində 3-cü yoxlama matçı olacaq.





































































