
Təlim məşq məqsədilə Türkiyənin Antalya bölgəsində olan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası üçüncü yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, daha öncə yerli "Antalyaspor" U-15 (0:2) və "Kunduspor" U-17 (2:2) ilə qarşılaşan təmsilçimiz bu dəfə "Laraspor"un U-15 komandası ilə üz-üzə gəlib.
Matç "qırmızı-qaralar"ın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Kamran Quliyev (4) və Məhəmməd Abbaslı (2) fərqlənib.
Qeyd edək ki, "Qəbələ"nin U-15 komandası bu matçla Antalyadakı təlim-məşq toplanışını yekunlaşdırıb.




































































