AFFA İntizam Komitəsi I Divizionda çıxış edən MOİK klubunu 160 manat məbləğində cərimələyib.
Sportnet.az-ın məlumatına görə, buna "hərbiçilər"in XXV turda "Sumqayıt-2" ilə matçının gec başlaması səbəb olub.
Komitə "Turan Tovuz" klubuna isə 80 manat cərimə kəsib. Tovuz təmsilçisi "Zaqatala" ilə XXVI tur oyununda əsasnaməyə uyğun olaraq meydanı sulamayıb.