"Bu gün titul qazanmaq istəyirdik. Səy göstərdik. Futbolçularım əllərindən gələni etdilər. Onlara təşəkkürümü bildirirəm".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sumqayıt"nin baş məşqçisi Ayxan Abbasov "Keşlə"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
40 yaşlı mütəxəssis oyundan razı qaldığını söyləyib: "Bütün komandama, futbolçularıma təşəkkür edirəm. Azarkeşləri sevindirmək istəyirdim. Bürünc medal əldə etdik, kuboku da Sumqayıta aparmaq istəyirdik. İnanıram ki, qarşıdakı illərdə bu, mümkün olacaq. Klubun bütün işçilərinə təşəkkür edirəm. Bizi dəstəkləyənlərə də minnətdaram".
Abasovun sözlərinə görə, bu gün yaxşı hücumlar təşkil ediblər: "Oyunçuların çıxışından narazı ola bilmərəm. Standart vəziyyətlərdən qollar buraxdıq. Bu bizim yaralı yerimizdir".