Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun proqramı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, 2015-ci ilin ilk oyununda Bakı "İnter"i və "Sumqayıt" qarşılaşacaq.
Turun 4 qarşılaşmasından 3-ü Bakıda keçiriləcək. Bölgədə keçiriləcək yeganə oyun həm də turun son görüşü olacaq. Zaqatalada baş tutacaq matçda "Simurq" və "Xəzər Lənkəran" komandaları üz-üzə gələcək.
30 yanvar (cümə)
16:00. "İnter" (Bakı) – "Sumqayıt"
Bakı. "İnter Arena"
31 yanvar (şənbə)
16:00. AZAL (Bakı) – "Neftçi" (Bakı)
Bakı. "AZAL Arena"
01 fevral (bazar)
14:00. "Bakı" – "Qəbələ"
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu
17:00. "Simurq" (Zaqatala) – "Xəzər Lənkəran”
Zaqatala. Zaqatala şəhər stadionu
Qeyd edək ki, Premyer Liqada çıxış edən komandaların sayı tək olduğundan "Qarabağ" klubu bu tur istirahət edəcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |