
"Simurq" futbolçusu Murad Səttarlı ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
23 yaşlı yarımmüdafiəçi 2012/13 mövsümündə icarə əsasında "Qarabağ"dan transfer edilmişdi.
Qeyd edək ki, gənc futbolçu karyerası ərzində Premyer Liqada 48 matçda Zaqatala təmsilçisinin şərəfini qoruyub və iki qola imza atıb.










































































