
Bakıda futbol üzrə Avropa çempionatı ilə bağlı personajların növbəti paradı keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbir şəhərin müxtəlif hissələrində baş tutub. Paradda Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak edib.
Qeyd edək ki, Bakıda AVRO-2020-nin A qrupunun iki görüşü artıq oynanılıb. Bakı Olimpiya Stadionunda təşkil olunan Uels - İsveçrə matçı 1:1, Türkiyə - Uels qarşılaşması isə 0:2 hesabı ilə başa çatıb. BOS bu qrupun sonuncu - İsveçrə - Türkiyə oyununa, həmçinin 1/4 finalın bir qarşılamasına da ev sahibliyi edəcək.