Topaz Premyer Liqasında mövsümün ikinci yarısına "Simurq”la qarşılaşma ilə start verəcək "Xəzər Lənkəran” 2015-ci ildə ilk rəsmi matçına çıxacaq. Sportnet.az-ın məlumatına görə, 2004-cü ildə yaranan klub bu görüşlə özünün 12-ci ilinə başlayacaq.
Debüt ilinə avqustda start götürən "ağ-yaşıllar" 11-ci dəfə qışda ilin ilk görüşünə çıxacaqlar.
Ardıcıl 2-ci, ümumilikdə 6-cı dəfə belə oyun səfərdə baş tutacaq. Düzdür, bunlardan biri – 2005-ci ilin ilk rəsmi matçı baş tutmayıb və texniki qələbə ilə tarixə düşüb. Əvvəlki 11 ildən 5-nə qələbə, 4-nə heç-heçəylə başlayan "Xəzər Lənkəran" yalnız iki dəfə ilk görüşdə uduzub.