1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" "Zirə"yə qalib gəldi
2014-15 mövsümünün ikinci yarısına "Bakı” üzərində 2:0 hesablı səfər qələbəsi ilə başlayan "Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" Azərbaycan çempionatının I divizionunda çıxış edən "Zirə”ni sınağa çəkib.
"Bakı" ilə matçda meydana çıxmayanlar və meydanda o qədər də çox vaxt keçirməyənlər, həmçinin əvəzedici heyətin üzvləri meydana çıxıb:
Anar Nəzirov (Cavidan Hüseynzadə), Ruslan Tağızadə, Sadiq Quliyev, Aleksandru Benqa (Sahil Mirzəyev), Bəhlul Mustafazadə, Adrian Ropotan, Emin Zamanov , Ekiqo Ehiosun (Ehtiram Şahverdiyev), Mixail Sivakov, Tellur Mütəllimov (Qismət Alıyev), Ramin Həsənov.
ADBTİA-nın stadionunda keçirilən qarşılaşmada "Qəbələ" qalib gəlib – 3:1. Yoxlama oyununun taleyini ilk yarıda iki qol vuran Mixail Sivakov həll edib. Belaruslu legioner 10-cu və 42-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. "Qırmızı-qaralar”ın 3-cü qolunu isə Ekiqo Ehiosun vurub. O, matçın 67-ci dəqiqəsində zirəliləri məyus edib.
Qeyd edək ki, "Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 6-da öz meydanında AZAL-a qarşı keçirəcək.