"Rostov" klubunun baş məşqçisi Valeri Karpin Rusiya millisinin sükanı arxasına keçib.
Sportnet.az-ın Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, 52 yaşlı mütəxəssislə uzadıla bilməsi şərti ilə 31 dekabradək razılıq əldə olunub.
Rəsmi müqavilə iyulun 26-da imzalanacaq. Anlaşma şərtləri artıq razılaşdırılıb. Yaxın yarım ildə Karpin yığmada və klubda birgə işləyəcək.
Qeyd edək ki, 2016-cı ilin avqustundan Rusiya millisinə Stanislav Çerçesov başçılıq edib. O, iyulun 8-də yığmanın Avropa çempionatındakı uğursuz çıxışı ilə əlaqədar istefa verib. Valerin Karpin isə "Rostov"da 2017-ci ildən baş məşqçi idi.