"Neftçi"nin futbolçusu Yusuf Laval Bakıda Finlandiyanın HİK (Helsinki) klubu ilə bərabərə qaldıqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı paylaşım edib.
Sportnet.az-ın məlumatına görə, nigeriyalı yarımmüdafiəçi şəxsi instaqram səhifəsində nəticənin elə də yaxşı olmadığını bildirib.
23 yaşlı vinger "Amma bu, hələ son deyil. Haydı, uşaqlar!", - yazıb.
Qeyd edək ki, "Bakcell Arena"da keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Cavab matçı avqustun 12-də Helsinkidə olacaq.