"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının XX turunda AZAL-a 0:1 hesablı məğlubiyyəti şərh edib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis nəticə və oyundan narazı qaldığını bildirib.
AZAL-ı təbrik edən Qriqorçuk məğlubiyyəti komandası üçün material kimi dəyərləndirib: "Mənim istədiyim bir plan, stil var. Bura intensiv hərəkətlər daxildir. Həmin proqramı futbolçuların orqanizmi qəbul etməldir. Vaxta ehtiyacımız var”.