Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk turunun 2 oyununa hakim təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki, "Sabah" - "Səbail" matçı Rəşad Əhmədova tapşırılıb. "Keşlə" - "Sumqayıt" görüşünü isə Kamal Umudlu idarə edəcək.
Hər iki qarşılaşma eyni gündə - avqustun 14-də keçiriləcək.
14 avqust (şənbə)
18:30. “Sabah” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”.
20:30. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”.