
Cənubi Amerika çempionu olan 20 yaşadək futbolçulardan ibarət Argentina yığması 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, argentinalılar final görüşündə Uruqvayı 2:1 hesabı ilə məğlub edib.
Turnirdə 4-cü yeri tutan Braziliya isə ev sahibi olduğu üçün olimpiyadada birbaşa iştirak hüququ əldə edib. İkinci yeri tutan Kolumbiya isə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Konfedrasiyasından olan komanda ilə play-off-da üz-üzə gələcək.
İspaniyanın "Atletiko Madrid" klubunun baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni turnirin ən məhsuldar futbolçusu olub. 19 yaşlı futbolçu 10 oyunda 9 dəfə fərqlənməyi bacarıb.