
Fransa millisinin və İspaniyanın "Sevilya" klubunun futbolçusu Jül Kunde karyerasını İngiltərədə davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, 23 yaşlı müdafiəçi "Çelsi" ilə razılığa gəlib. London təmsilçisi oyunçu ilə 5 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, Fransa millisinin də formasını geyinən Jül Kundenin "Sevilya" ilə 2024-cü ilin yayınadək sözləşməsi var.