
Bu gün UEFA Avropa Liqasında pley-off oyunlarına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, bununla da qrup mərhələsinə son 10 vəsiqənin sahibi müəyyənləşib
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada Çexiyanın "Slaviya" (Praqa) komandası ilə qarşılaşacaq. Praqadakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb. Sözügedən qarşılaşmada ilk qolu məhz Emreli vurub.
Türkiyə təmsilçilərindən "Fənərbağça" Finlandiyada HİK (Helsinki), "Qalatasaray" isə İstanbulda Danimarka "Rander"si ilə münasibətlərinə aydınlıq gətirəcək. "Sarı-lacivərdlilər" ilk görüşdə1:0 hesablı qələbə qazanıb. "Sarı-qırmızılılar" isə səfərdə sülhə razılaşıb - 1:1.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
19:00. "Alaşkert" (Ermənistan) - "Reyncers" (Şotlandiya) - 0:0
İlk oyun - 0:1
20:00. HİK (Helsinki, Finlandiya) - "Fənərbağça" (Türkiyə) - 2:5
İlk oyun - 0:1
20:30. "Zarya" (Luqansk, Ukrayna) - "Rapid" (Vyana, Avstriya) - 2:3
İlk oyun - 0:3
22:00. "Qalatasaray" (Türkiyə) - "Randers" (Danimarka) - 2:1
İlk oyun - 1:1
22:15. AZ (Niderland) - "Seltik" (Şotlandiya) - 2:1
İlk oyun - 0:2
22:30. ÇFR (Rumıniya) - "Srvena Zvezda" (Serbiya) - 1:2
İlk oyun - 0:4
22:45. "Slovan" (Bratislava, Slovakiya) - "Olimpiakos" (Yunanıstan) - 2:2
İlk oyun - 0:3
23:00. "Legiya" (Polşa) - "Slaviya" (Praqa, Çexiya) - 2:1
İlk oyun - 2:2
23:00. "Antverpen" (Belçika) - "Omoniya" (Kipr) - 2:0 (pen3:0)
İlk oyun - 2:4
23:00. "Şturm" (Avstriya) - "Mura" (Sloveniya) - 2:0
İlk oyun - 3:1