
"Nəticə var, 3 xal qazandıq. Amma yaratdığımız qol şanslarını bir çoxunu dəyərləndirə bilmədiyimiz üçün narazıyam".
Sportnet.az-ın məlumatına görə, bunu qadın fubolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Yuri Krasnojan evdə Azərbaycana 2:0 hesabı ilə qalib gəldikləri 2023-cü il dünya çempionatının seçmə oyunundan sonrra mətbuat konfransında deyib.
58 yalı mütəxəssis rəqib müdafiəsini yardmağın sevindirici olduğunu bildirib: "Biz Azərbaycan millisindən daha təcrübəliyik. Ona görə də əsəbilikdən danışmağa dəyməz. Amma rəqibin necə fədakarlıqla müdafiə olunmasına da diqqət yetirmək lazımdır".
Təcrübəli baş məşqçinin sözlərinə görə, əsas hədəfləri final mərhələsinə vəsiqə qazanmaqdır: "Qrupun favoriti Danimarka yığması hesab olunur. Amma bu, o demək deyil ki, hər iki matçda onlardan güclü ola bilməyəcəyik. Əsas rəqiblərimiz sırasında Monteneqro və Bosniya və Herseqovinanı da qeyd edə bilərəm".