Bosniya və Herseqovina Premyer Liqasında X turun "Veleş" - "Borats" oyununda insident baş verib.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, 82-ci dəqiqədə - qonaqların vurduğu 2-ci qoldan sonra meydana girən yerli azarkeşlər matçın baş hakiminə hücum ediblər.
"Veleş"in məğlubiyyətində referini günahlandıran azarkeşlər çətinliklə sakitləşdiriliblər. Görüş "Borats"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İnsident final fitindən sonra da davam edib və fanatlar baş hakimin tunelin qarşısında dayanmış avtomobilini tamamilə yandırıblar.