Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Legiya"nın heyətində Polşa Kubokunda ilk qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu "Svalki" ilə 1/32 final oyununda fərqlənib. Meydana 56-cı dəqiqədə daxil olan Emreli 80-ci dəqiqədə son nöqtəni qoyub - 3:1.
Bu qələbə sayəsində "Legiya" 1/16 finala yüksəlib.