
21 və 23 yaşlı futbolçuların illik maaşlarına limit qoyulacaq. Bu barədə Klublar Komitəsinin sədri Tuyqun Nadirov məlumat verib:
"Klublar Komitəsinin bugünki iclasında gənc futbolçuların maaşları ilə bağlı limit məsələsi müzakirə olundu. Qərara aldıq ki, Premyer Liqada 21 və 23 yaşlı futbolçuların maaşlarına limit tətbiq edək. 21 yaşa kimi futbolçular ildə maksimum 30-35 min qazanacaqlar. Fərq ondadır ki, əyalətdə çıxış edənlər 35, paytaxt klubunda oynayanlar isə 30 min illik maaş ala bilərlər. 23 yaşlılarda isə bu rəqəm bölgələrdə 60-a, paytaxt klublarında 50-yə bərabər olacaq.
Təbii ki, bu, bir təklifdir. Bu məsələ İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və müsbət qarşılansa, növbəti mövsümdən qüvvəyə minəcək”.