Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha iki oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, sentyabrın 26-də keçiriləcək hər iki görüş FIFA referilərinə tapşırılıb.
"Sabah" - "Neftçi" matçını FIFA referisi Əliyar Ağayev, "Sumqayıt" - "Qəbələ" qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.
26 sentyabr (bazar)
17:00. “Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”.
19:15. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev. Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”.