Çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya” ilə qarşılaşacaq Ukrayna "Şaxtyor”u hazırlığını davam etdirir. Sportnet.az-ın məlumatına görə, Donetsk təmsilçisinin aparıcı oyunçularından olan Bernard zədəsini sağaldıb.
Bir neçə müddətdir komandadan ayrı qalan braziliyalı yarımmüdafiəçi Münhen klubuna qarşı keçirilən görüşdə iştirak edəcək.
Qeyd edək ki, fevralın 17-də "Bavariya" ilə qaşrılaşacaq "Şaxtyor" bir neçə gün sonra Antalyaya yollanacaq və ayın 24-də Azərbaycan yığması ilə yoxlama görüşü keçirəcək.