İngiltərənin "Uotford" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi italiyalı Kladio Ranyeriyə tapşırılıb.
70 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, yeni vəzifədə Fransisko Xavyer Munyos Lyompartı əvəzləyib.
Qeyd edək ki, Klaudio Ranyeri 2015/2016 mövsümündə "Lester"lə İngilətərə çempionu olub. "Uotford" Premyer Liqada 7 turdan sonra 7 xalla 15-ci pillədə qərarlaşıb.