UEFA Almaniyada 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının loqotipini təqdim edib.
Sportnet.az xəbər verir ki, AVRO-2024-ün loqotipi Avropanın bütün ölkələrinin 55 bayrağı üçün ümumi olan altı rəng və Berlinin final matçının keçiriləcəyi “Olimpiastadion”u özündə birləşdirir.
Təqdimat Berlindəki "Olimpiastadion"da gerçəkləşib.
Qeyd edək ki, Avropa çempionatı 14 - 24 iyulda 24 ölkənin iştirakı ilə təşkil olunacaq.