“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığa start verir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 6-cı turunun “Qarabağ”la səfər matçından (0:2) sonra üç günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gələcək.
Elmar Baxşıyevin baş məşqçi olduğu komanda fasilə dövründə yoxlama oyunu keçirəcək. “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq. Görüş oktyabrın 9-da olacaq.
Yoxlama görüşü Bakıxanov qəsəbəsindəki "Türk Hava Yolları" Futbol Mərkəzində keçiriləcək.