
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün Qırğızıstan millisi ilə yoldaşlıq oyunu keçirib.
Sportnet.az xəbər verir ki, Qəbələdə keçirilən oyun 1:1 hesablı heç-heçə başa çatıb.
Hüseyn Babayevin 45-ci dəqiqədə qırmızı vərəqə aldığı oyunda millimizin qolunu Ege Bilsel vurub.
Oktyabrın 11-də bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.