İngiltərənin "Mançester Yunayted" klubunun və Argentina millisinin sabiq qapıçısı Serxio Romeronun yeni klubu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı qolkiper İtaliyanın "Venetsiya" klubuna keçib.
Romeronun müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub. 2020/2021 mövsümünün sonunda "Mançester Yunayted"dən ayrılan qapıçı 2015-ci ildən "qırmızı şeytanlar"ın formasını geyinib.
Qeyd edək ki, "Venetsiya" A Seriyasında 7 oyundan sonra 5 xalla 15-ci pillədə qərarlaşıb.