
“Neftçi”nin 16 yaşadək qızlardan ibarət komandası yeni mövsümə hazırlığını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən məlumatına görə, məşqlərə təxminən 1 ay əvvəl start verən baş məşqçi İbrahim Məmmədovun yetirmələri həftədə 3 dəfə “Neftçi”nin inzibati binasının yerləşdiyi bazada hazırlaşıb, 1 dəfə isə yoxlama matçı keçiriblər.
Qızlardan ibarət komandamız bu gün həmin məkanda növbəti məşqə çıxıb. Baxışda yeni futbolçuların da olduğu hazırlıq prosesində əsasən texniki və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, U-16 Qızlar Liqasında yeni mövsümün bu ay ərzində başlanacağı planlaşdırılır.