
Belarus İdman Həmrəyliyi Fondu (BSSF) yerli futbol federasiyasının (ABFF) UEFA və FIFA-nın əsas müddəalarını pozması ilə bağlı hesabat dərc edib.
Sportnet.az-ın məlumatına görə, BSSF federasiya rəhbərliyinin hakimliyə dair qərarlarla matçların nəticələrinə təsir etdiyini bildirib. Fond iddia edir ki, ABFF bununla beynəlxalq təşkilatların nizamnaməsini pozur, eyni zamanda ölkədə və beynəlxalq arenada futbolun imicinə xələl gətirir.
Qurum ölkə çempionatında davam edən pozuntularla bağlı UEFA-nın məlumatlandırıldığını, amma heç bir reaksiya verilmədiyini vurğulayıb.