Qadınlardan ibarət Azərbaycan milli komandasının səfərdə Monteneqroya qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, oktyabrın 21-də Podqoritsada keçiriləcək görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Kristina Georgievaya Yekaterina Marinova və Pavleta Raşkova yan xətt, Kristiyana Quteva isə dördüncü hakim qismində yardımçı olacaq.