1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Məni yandıran odur ki.."
"Açığı, oyunun ağır keçəcəyini bilirdik. Birinci hissədə biz qol vurmağımıza baxmayaraq, sönük oynadıq". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"lə oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Əhmədov ikinci hissədə qol imkanlarının olduğunu bildirib: "Məni yandıran odur ki, hesabda öndə olduğumuz oyunlarda sonradan qol buraxıb, xallar itiririk. Heyətdə müəyyən problemlər var. Rəşad Abdullayev xəstə idi, Novruz Məmmədov cəzalı duruma düşmüşdü. Buna görə də müəyyən dəyişiklik etməli oldum. Qarşıda bizi "Neftçi” ilə çətin oyun gözləyir. Həmin matça hazırlaşmalıyıq. Oyundan sonra müəyyən insident oldu. Amma orada da yekunlaşdı. Bir dəfə "Neftçi”nin heyətində səfər matçında idik. Çox sayda azarkeş bizə hücum çəkdi. Çətinliklə soyunub-geyinmə otağına getdik. İndi isə belə hallar yoxdur”.
Qeyd edək ki, AZAL - "İnter" matçı 1:1 hesabı ilə başa çatıb.