"Region Liqasındakı komandaların Azərbaycan Kubokunda iştirakı bir az qeyri-peşəkar olar. Oradakıların hamısına peşəkar demək olmaz. Komandaların sayı çox olsa daha yaxşı olar. Amma peşəkarlıq baxımından düz çıxmaz".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun püşkatma mərasimində deyib.
"Torpaqlarımız işğaldan azad olunub. İnanırıq ki, həmin bölgələrin komandalarını ölkə kubokunda görəcəyik", - Musayev bildirib.