
“Neftçi” klubunun “Türk Hava Yolları Futbol Mərkəzi”ndə tribuna quraşdırılıb.
Sportnet.az-ın "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, bundan sonra bazanın 4-cü meydanında keçiriləcək matçları 210 azarkeşin izləməsi mümkün olacaq.
Qeyd edək ki, I Divizion komandalarının meydanında tribunaların olması Peşəkar Futbol Liqasının tələblərindən biridir. I Divizionda mübarizə aparan “Neftçi-2” ilə yanaşı, klubun U-19, U-17, U-16 və U-15 komandaları da müvafiq liqalarda ev oyunlarını “Türk Hava Yolları Futbol Mərkəzi”nin 4-cü meydanında keçirir.