UEFA Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, Avropa Liqasında Portuqaliya "Braqa"sında çıxış edən Gelonun qolu azarkeşlərin sorğusuna əsasən birinci olub. Onun Danimarka "Midtüllan"i ilə matçın 85-ci dəqiqəsində endirdiyi zərbə baxımlı alınıb. Görüş "Midtüllan"ın qələbəsi ilə yekunlaşıb - 3:2.
Konfrans Liqasında isə Kiprin "Omoniya" klubunun futbolçusu Jordi Qomesin Bakıda "Qarabağ"a vurduğu qol ən yaxşı adına layiq görülüb. İspaniyalı oyunçu 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb = 2:2.