
İtaliya "İnter"i futbolçusu Marselo Brozoviçlə yeni müqavilə imzalayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, tərəflər sözləşmə müddətinin uzadılması ilə bağlı razılığa gəliblər. Anlaşmaya əsasən, xorvatiyalı yarımmüdafiəçi 2025-ci ilin yayınadək Milan təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, cari mövsüm "İnter"in heyətində 18 oyun keçirən 29 yaşlı futbolçu 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.