1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cahangir Həsənzadə: "Mənə mədəni şəkildə "get" dedilər"
"AZAL rəhbərliyi ilə pul məsələsində anlaşa bilmədiyimə dair yayılan xəbərlər yanılışdır”. Bunu Sportnet.az-a açıqlamasında AZAL klubu qapıçısı Cahangir Həsənzadə deyib.
35 yaşlı qolkiperin sözlərinə görə, ona yeni müqavilə təklif olunarkən komandada 3-cü qapıçı olacağı diqqətinə çatdırılıb: "Bunun səbəbini soruşanda, mənə dedilər ki, əsas Moldova millisinin qapıçısı Stanislav Namaşko, 2-ci isə Ruslan Məcidov olacaq”.
Rəhbərliyin bu qərarını başa düşməyən Həsənzadənin sözlərinə görə, bu mədəni formada "get" mənasına gəlir.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü 2009-cu ildə digər Premyer Liqa təmsilçisi "Qəbələ”dən "təyyarəçilər”ə keçib.