1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mançini istefasından danışdı
Bu gün Türkiyənin "Qalatasaray” klubu ilə yollarını ayıran italiyalı baş məşqçi Roberto Mançini istefası ilə bağlı maraqlı açıqlamalar verib. Sportnet.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan 50 yaşlı mütəxəssis qarşılıqlı razılıq əsasında "Cim-Bom”dan ayrıldığını deyib.
Mançini İstanbul təmsilçisində olduğu 8 ay müddətində həvəslə işlədiyini vurğulayıb: "8 ay müddətində vəzifəmi layiqincə yerinə yetirdim. Çempionlar Liqasında uğurla çıxış etdik, Superliqanın 2-cisi, Türkiyə Kubokunun isə qalibi olduq. Nəhayət ki, "Qalatasaray”dakı karyeramı başa vurmaq qərarına gəldim. Qarşılıqlı razılaşma əsasında yolları ayırdıq. İşi qəbul etdiyimdə hədəflər daha fərqli idi. İstanbul və azarkeşlərdən ayrıldığım üçün təəssüflənirəm”.
Qeyd edək ki, Mançini "Cim-Bom"un "sükanı arxası"na ötən mövsüm Fatih Terimin istefaya göndərilməsindən sonra gətirilib.