
"Çox vacib qələbə qazandıq". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Arif Əsədov AZAL-ı səfərdə 1:0 hesabı ilə yendikləri Premyer Liqanın III turundan sonra təxirə salınmış oyunun ardından mətbuat konfransında deyib.
O bildirib ki, belə matçlarda 3 xal daha vacibdir: "Qarabağ”la oyundan sonra çox az vaxtımız var idi. Tam heyət əlimizdə deyildi. Buna görə əvəzedici heyətdən oyunçular dəvət etmişdik. Belə oyunlarda 3 xal daha vacibdir. İkinci hissə bir qədər çətin oldu, daha çox nəticəni qorumağa çalışdıq”.













































































