"Düşündüyümüzdən də ağır oyun alındı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə MOİK-ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra heyətdə bəzi rotasiyalar etməyə və az oynayan futbolçulara şans verməyə çalışıblar. Onun fikrincə, I Liqa komandaları ilə səviyyə baxımından fərq elə də hiss olunmur: "Oyun da bunu göstərdi. Ümumilikdə komandam ikinci hissədə daha məzmunlu, daha dinamik çıxış etməyə çalışdı və layiqli qələbə qazandı".
Qeyd edək ki, "Qəbələ" 1/4 finalda "Sumqayıt"la qarşılaşacaq.