1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Belə oyunlarda nəticələr aldadıcı olur”
“Oyun bizim üçün yaxşı keçdi. Mübarizə apardıq. Matçın bir hissəsini beş oyunçu ilə keçirdik. Bu da taktiki tapşırıq idi".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Ukrayna milli komandasının baş məşqçisi Oleksandr Kosenko Bakıda Azərbaycan yığmasına 5:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra azfutzal.az-a açıqlamasında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, sınaqçı rəqiblərin güclü olması səhvlərin üzə çıxarılması baxımından faydalıdır: "Əlbəttə, bu bir yoldaşlıq oyunu idi. Bu oyuna görə Avropa çempionatının final mərhələsi üçün hansısa komandanı şanslı, digərini zəif adlandırmaq olmaz. Hər iki tərəf səhvlərini, zəif tərəflərini müəyyənləşdirməyə çalışdı. Sparrinq-rəqiblərin güclü olması da bu baxımdan faydalıdır. Final mərhələsində hamının şansları var".
Kosenko Avropa çempionatının final mərhələsində tapşırıqların fərqli olacağını vurğulayıb: "Hər iki oyunda qələbə qazansaq da, komandamın tam hazır olduğunu deyə bilmərəm. Çünki yoldaşlıq oyunlarına yanaşma fərqli, bəzən isə bu görüşlərdə alınan nəticələr aldadıcı olur”.