“Sumqayıt” klubunun qış hazırlıq planı məlum olub. 
Sportnet.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda 3-cü dövrənin hazırlıqlarına yanvarın 5-də Sumqayıtda start verəcək.
Aleksey Baqanın baş məşqçi olduğu kollektiv hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Yanvarın 12-dən 23-dək Lara bölgəsində yerləşən “Aska Resort” otelində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Rəqiblərin kimliyi hələlik bəlli deyil. 









                 





    
    
    
    
    
    
    
    
    























































