"Zirə" komandası mövsümün ikinci yarısı üçün hazırlıqlara start verib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşqə çıxıb.
Qeyd edək ki, yanvarın 5-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq "Zirə" qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Paytaxt təmsilçisi yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.